Misli Premyer Liqasının V turunda “Qarabağ”la keçirilən oyun “Səbail” üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, Bakı klubu bu görüşdə yubiley qələbəsini qazanıb.
Şahin Diniyevin yetirmələri “Qarabağ”ı doğma arenasında 2:1 hesabı ilə məğlub edərək bunu reallaşdırıb. Belə ki bu, “Səbail”in 25-ci ev qələbəsi olub. “Dənizçilər” 87-ci ev qarşılaşmalarında bu göstəriciyə çatıblar. Digər ev oyunlarının 18-də heç-heçə edən bakılılar 44 dəfə məğlub olublar.
Qeyd edək ki, “Səbail” 2017-2018 mövsümündən Premyer Liqada çıxış edir. Komanda ilk dəfə 2017-ci il avqustun 19-da “Neftçi” ilə oyunda ev qələbəsi qazanıb – 1:0.