İngiltərə Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilən "Arsenal" - "Mançester Yunayted" (3:1) oyununda xoşagəlməz insident yaşanıb.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, "Emireyts" stadionunda baş tutan qarşılaşmanın gedişində hazırda "Sky Sports"un əməkdaşı kimi çalışan MY-nin sabiq kapitanı Roy Kinə hücum ediblər.
Hücum zamanı "Sky Sports"un digər eksperti Mayka Riçards aranı sakitləşdirməyə çalışıb.
London polisi hadisə ilə bağlı bəyanat yayaraq Kinə hücum edən şəxsin axtarıldığını bildirib.
Nihat