ABŞ-da "İnter Mayami"də çıxış edən ulduz hücumçu Lionel Messi "Los Anceles" üzərində 3:1 hesablı səfər qələbəsindən sonra yerli azarkeşlərə müraciət edib.
Fanat.Az xəbər verir ki, "Ole" görüşdə aiki qol ötürməsi ilə yadda qalan argentinalı ulduzun dediklərini belə təqdim edib.
“Yenə yerli azarkeşlərdən çox təsirləndim. Mənə göstərdikləri sevgiyə görə onlara təşəkkür edirəm. Bu, mənim ilk səfər matçım deyil və məni hər yerdə çox yaxşı qarşılayırlar”.
36 yaşlı Messi bu yay "İnter Mayami"yə keçib və 2025-ci ilin sonuna qədər müqavilə imzalayıb. O, yeni komandasında 11 matça çıxaraq 11 qol vurub və 5 məhsuldar ötürmə edib.
Mirağa