İspaniyanın "Real Madrid" klubunun müdafiəçisi David Alaba Səudiyyə Ərəbistanından aldığı təklifi geri çevirib.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, o, "Əl-İttihad"a keçmək fikrində deyil.
Alaba Madriddə xoşbəxt olduğunu, "Əl-İttihad"ın təklifi nə olursa-olsun, heç yerə getməyəcəyini bildirib. "Real" rəhbərliyi də ərəblərə 31 yaşlı avstriyalını buraxmaq istəmədiyini çatdırıb.
David Alaba bu mövsüm "Real Madrid"in heyətində 4 oyun keçirib və 1 məhsuldar ötürmə edib. O, ötən mövsüm 42 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mirağa