İspaniyanın "Vilyarreal" klubu baş məşqçisi Kike Setyenlə əməkdaşlığı dayandırıb.
Fanat.Az xəbər verir ki, bu barədə La Liqa klubu açıqlama yayıb.
İstefaya göndərilən Kike ilə birlikdə bütün məşqçilər korpusu da klubdan ayrılıb.
Baş məşqçi səlahiyyətlərini klubun futbol üzrə direktoru Migel Anxel Tena icra edəcək.
Setyenlə müqavilə 2023/24 mövsümünün sonuna qədər qüvvədə idi. Onun rəhbərliyi altında “Vilyarreal” ötən mövsüm La Liqanı 5-ci pillədə başa vuraraq Konfrans Liqasına vəsiqə qazanıb. Cari La Liqa mövsümünün dörd turundan sonra "Villarreal" üç məğlubiyyət və bir qələbə ilə 15-ci yerdədir.
Mirağa