İspaniyanın "Vilyarreal" klubu yeni baş məşqçi axtarışlarına başlayıb.
Fanat.Az AS-a istinadən xəbər verir ki, ötən gün qovulan Kike Setyenin yerinə əsas namizədlərdən biri “Real Madrid”in sabiq çalışdırıcısı Xulen Lopeteqidir.
O, avqustun əvvəlində, yeni mövsüm başlamamış “Vulverhempton”u tərk edib. Lopeteqi ilə yanaşı, Xose Roxo Martin Paşetin də namizədliyi nəzərdən keçirilir.
Setyen istefaya göndərildikdən sonra “Vilyarreal”ın baş məşqçisi vəzifəsini müvəqqəti olaraq klubun idman direktoru Migel Anxel Tena icra edir.
Mirağa