Almaniya millisinin baş məşqçisi Hans-Diter Flik yaxın vaxtlarda istefaya göndərilə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Yaponiya və Fransa ilə sentyabrda baş tutacaq yoldaşlıq görüşlərində uğursuzluq halında verəcək.
Julian Nagelsmann, Oliver Qlassner və Mattias Sammer artıq Hans-Diter Flikin əvəzləyicisi kimi nəzərdən keçirilir.
Almaniya turnirin ev sahibi kimi AÇ-2024-in seçmə oyunlarından azaddır və hazırda yalnız yoldaşlıq görüşləri keçirir. Bundestimin iyuldakı çıxışı son dərəcə uğursuz olub: Ukrayna ilə 3:3 hesablı heç-heçə, Polşaya (0:2) və Kolumbiyaya (0:1) məğlubiyyət.
Mirağa