Kiyev "Dinamo"sunun dayaq yarımmüdafiəçisi Sergey Sidorçuk karyerasını Belçikada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı Ukrayna klubunun rəsmi saytı yayıb.
Sidorçuk "Matallurq"un yetirməsidir. 32 yaşlı futbolçu 2013-cü ildən "Dinamo"nun formasını geyinirdi. O, 2017-ci ildən kapitan sarğısını daşıyırdı.
"Vesterlo" ötən mövsüm Belçikanın ikinci liqasında çempion olaraq elitaya vəsiqə qazanıb.
Nihat