"Mançester Yunayted"in sabiq oyunçusu vəfat edib.
Fanat.Az xəbər verir ki, 1958-1963-cü illərdə "qırmızı şeytanlar"ın şərəfini qorumuş veteran futbolçu Mark Pirson 83 yaşında dünyasını dəyişib.
Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Pirson Münhen qəzasından sonra MY-nin ən önəmli oyunçulardan biri olub.
Nahid Məmmədov