İtaliyanın C Seriyasında baş tutan "Taranto" - "Foca" matçında xoşagəlməz hadisə qeydə alınıb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, sentyabrın 3-də keçirilən görüşdə qonaq azarkeşlər stadionu yandırıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, idman qurğusu tanınmaz vəziyyətə düşüb. Növbəti ev oyununu sentyabrın 18-də "Messina"ya qarşı keçirməli olan "Taranto"nun məşq etməyə yeri qalmayıb.
"Foca"nın mətbuat xidməti bəyanat yayaraq klubun günahkarların şəxsiyyətinin müəyyənləşdirilməsində yerli polisə kömək etməyə hazır olduğunu bildirib.
Nihat