Bu yay "Sevilya"nı Səudiyyə Ərəbistanı "Əl-Hilal"ına dəyişən Yassin Bono "Real Madrid"dən təklif aldığını deyib.
Fanat.Az xəbər verir ki, "El Pelotazo" Mərakeş millisinin qolkiperinin dediklərini belə çatdırıb:
"Dekabrda "Real"ın əsas transfer hədəfi idim. Ancaq hiss etdim ki, keçid üçün uyğun zaman deyil. Ardından Afrika Kuboku durumu qəlizləşdirdi və transfer alınmadı".
Xatırladaq ki, "Əl-Hilal"ın 21 milyon avro və müxtəlif bonuslar qarşılığında transfer etdiyi 32 yaşlı Bono 3 illik müqaviləyə imza atıb.
Nihat