“Neftçi” gənc futbolçuları ilə bağlı qərarını verib.
Fanat.Az xəbər verir ki, Bakı klubu 3 oyunçusunu icarəyə verib.
Bunlar Vüsal Əsgərov, Seymur Əliyev və Xəyal Nəcəfovdu. Vusalla Seymur “İrəvan”a, Xəyal isə “Turan Tovuz”a 1 ilik icarəyə verilib.
Bundan başqa, icarə əsasında oynadığı “Turan Tovuz”dan qayıdan Turan Vəlizadə “Neftçi-2”-yə cəlb olunub.
Müqaviləsi başa çatan Asim Əlizadə və sözləşməsinə qarşılıqlı razılıqla xitam verilən Elşad Tağıyevlə isə yollar ayrılıb.
Ötən mövsüm əsas komandaya cəlb edilən Ömər Qurbanov isə “Zirə”yə keçib.