Bu yay "Atalanta"nı "Volfsburq"a dəyişən Yoakim Mehle İtaliya təmsilçisinin baş məşqçisi Can Pyero Qasperinini tənqid edib.
Fanat.Az xəbər verir ki, "Goal" cinah müdafiəçisinin dediklərini belə çatdırıb:
"Biz həmişə gündüz saatlarında məşq edirdik və sözün əsl mənasında, boş vaxtımız olmurdu. Hətta gözəl havası olan bir yerdə olanda da ətrafdan təcrid edilirdik. Qasperini diktatorcasına davranırdımı? Bəli, belə idi. Məsələn, bizim ikili məşqlərimiz olurdu. Evə buraxılmır, bazada qalırdıq. Qasperinin üslubu qorxu üzərində qurulub".
Xatırladaq ki, Mehle 2021/2022 mövsümündən "Atalanta"da olub. Danimarkalı oyunçu Qasperininin rəhbərliyi altında 96 rəsmi qarşılaşmada forma geyinərək 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat