Bu yay "Atalanta"nı Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna dəyişən Merih Demiral Berqamo təmsilçisindəki sabiq komanda yoldaşı Yoakim Mehlenin italiyalı mütəxəssis Can Pyero Qasperini barədə səsləndirdiyi tənqidi fikirlərin həqiqət olduğunu deyib.
Fanat.Az xəbər verir ki, "Football Italia" türk müdafiəçisinin sözlərini belə çatdırıb:
"Onun dedikləri həqiqətdir. Yaxın vaxtlarda siz bütün faktları biləcəksiniz. Müsahibəni gözləyin".
Xatırladaq ki, hazırda Volfsburq"da çıxış edən Mehle Qasperinini futbolçulara qarşı diktatorsayağı münasibətdə suçlayıb. Danimarkalı oyunçu sözügedən çalışdırıcının iş üslubunun qorxu üzərində qurulduğunu dilə gətirib.
Nihat