"Liverpul"un sabiq müdafiəçisi Ceymi Karrager Məhəmməd Salahın mersisaydlıları tərk edəcəyini deyib.
Fanat.Az xəbər verir ki, "talkSPORT" onun dediklərini belə çatdırıb:
"Onun müqaviləsinin müddəti yaxın vaxtlarda başa çatacaq. "Liverpul" azarkeşlərinin çoxu Monun indi yox, gələn yay komandadan ayrılmasını arzulayır. Çünki bu gün "Liverpul"da onu layiqincə əvəzləyəcək oyunçu yoxdur. Amma görünən budur ki, hamı Salahın gələn yay komandadan gedəcəyini hiss edir.
Şübhəsiz, "Liverpul"un Monun satışından yaxşı pul qazanmaq şansı var. Digər tərəfdən, onun xidmətindən daha bir mövsüm yararlanmaq planları da başadüşüləndir. "Qırmızılar" qarşıdakı bir ildə Salahı əvəzləyə biləcək oyunçu da tapmağa çalışacaqlar. Mo kimi futbolçuların yerini doldurmaq əlbəttə ki, çətin məsələdir. Hərçənd onun satışından əldə edilən pulla bir neçə mövqeyə oyunçu almaq olar".
Qeyd edək ki, Salahın "Liverpul"la müqaviləsinin müddəti 2025-ci ilə qədərdir.
Nihat