Azad agent qismində yetirməsi olduğu "Sevilya"ya qoşulan Serxio Ramos təqdimat mərasimində duyğusal anlar yaşayıb.
Fanat.Az "Marca" ya istinadən xəbər verir ki, 37 yaşlı müdafiəçi dünən baş tutan tədbirdə göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, Ramos 2021-ci ildə "Real Madrid"dən ayrılaraq PSJ-yə keçmişdi. Onun Paris klubu ilə müqaviləsinin müddəti bu yay başa çatmışdı.