Ukrayna millisinin yarımmüdafiəçisi Mixail Mudrik AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İngiltərə yığmasına qarşı keçirəcəkləri oyun barədə danışıb.
Fanat.Az xəbər verir ki, "ua.tribuna.com" "Çelsi"nin futbolçusunun dediklərini belə çatdırıb:
"Oyunun favoriti onlardır. Bizi yenərək 3 xal götürəcəklərini düşünə bilərlər. Bu, normaldır. Amma Ukrayna yığmasının heyətindəsənsə və uduzacağını düşünürsənsə, gərək meydana çıxmayasan. Biz də qələbə qazanmaq istəyirik. Biz İngiltərədən xal almaq yox, onları yenmək niyyətindəyik".
Qeyd edək ki, Ukrayna - İngiltərə oyunu sentyabrın 9-da keçiriləcək.
Nihat