İngiltərə yığmasının və "Çelsi"nin sabiq müdafiəçisi Con Terri Səudiyyə Ərəbistanına yollanmağa yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "The Sun" yayıb.
Xəbərə görə, Terri "Əl-Şabab"ın baş məşqçisi təyin olunmaq üzrədir. Mənbə klub rəhbərliyinin hazırda "zadəganlar"ın akdemiasında işləyən mütəxəssislə razılığa gəldiyini vurğulayıb. Ərəblərin Terrinin sayəsində komandaya tanınmış Avropa ulduzlarını cəlb etməyi hədəflədikləri bildirilib.
Nihat