"Everton"un futbolçusu Demaray Qreyi Səudiyyə Ərəbistanı klubuna satıb.
Fanat.Az-ın Liverpul təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 27 yaşlı vinger karyerasını "Əl-İttifaq"da davam etdirəcək.
Transferin məbləği barədə məlumat verilməyib.
"Əl-İttifaq"ı "Liverpul"un canlı əfsanəsi Stiven Cerrard çalışdırır.
Qrey "Everton"da 2021-ci ildən forma geyinirdi.
Nihat