14:43 20.05.2014 569

AFFA Syomini cəzalandırdı, Fariz Yusifovun səhvini tapdı

AFFA İntizam Komitəsinin iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın 2013/14 mövsümü üçün son qərarlarını verib.


İntizam Komitəsi iki məşqçiyə cəza verib. "Qəbələ"nin baş məşqçisi Yuri Syomin "Sumqayıt"la oyunun 88-ci dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılıb. Bu səbəbdən o, 1 oyunluq cəzalandırılıb, klubu 1000 manat cərimə edilib. Rusiyalı mütəxəssis "Qəbələ"də qalsa, yeni mövsümün ilk matçını kənardan izləyəcək.


"Rəvan"dan isə məşqçi Gündüz Hindal cəzalandırılıb. Türk məşqçi “Bakı” ilə oyunun 45+1-ci dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılıb. Hindal da Syomin kimi 1 oyunluq cəzalandırılıb, klubu 1000 manat cərimə edilib.


"Simurq"la oyunun 45+1-ci dəqiqəsində aqressiv hərəkətə birbaşa qırmızı vərəqə alan "Neftçi"nin futbolçusu Elvin Yunuszadə 4 oyunluq cəzalandırılıb, klubu 4000 manat cərimə olunub. Elvin üçün 2014/15 mövsümü 5-ci turdan başlayacaq.


Oyunun 90+4-cü dəqiqəsində “Neftçi”nin digər futbolçusu Mirhüseyn Seyidova aqressiv oyuna görə birbaşa qırmızı vərəqə göstərilib. Lakin matçın videoyazısını izləyən İntizam Komitəsi futbolçunun həmin epizodda rəqibə qarşı kobud oynamadığını və hakimin epizodu düzgün qiymətləndirmədiyini aşkarlayıb. Bu səbəbdən də, Seyidova göstərilmiş qırmızı vərəqə ləğv olunub. Hakimlər Komitəsinə matçın hakimləri haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat vermək tapşırılıb. Matçı Fariz Yusifovun başçılığı altında şakimlər briqadası idarə edib.


"İnter"in azarkeşləri AZAL-la, "Qarabağ"ın fanatları "Xəzər Lənkəran"la oyunda pirotexniki vasitələrdən istifadə etdiyi üçün hər iki klub 1000 manat cərimə edilib. "Qəbələ" isə "Sumqayıt"la oyunda 5 futbolçusu sarı vərəqə aldığından 1000 manat ziyana düşüb.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

Facebookdan bizi izləməyi unutmayın.
X