Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan-2” yoxlama oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, əvəzedicilər sentyabrın 9-da “Sabah”ın U-19 komandası ilə üz-üzə gələcək.
ASK Arenada keçiriləcək matç saat 18:00-da başlayacaq.
Xatırladaq ki, Zaur İsmayılovun baş məşqçisi olduğu “Araz-Naxçıvan-2” 5 oyundan 6 xal toplayıb və turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.