AFFA İntizam Komitəsinin iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedici heyətlər arasında ölkə çempionatının 2013/14 mövsümü üçün son qərarlarını verib.
"Qəbələ" ilə oyunun 60-cı dəqiqəsində "Sumqayıt"un futbolçusu İsa Zeynallı, AZAL-la matçın 88-ci dəqiqəsində “İnter”in futbolçusu Cəmil Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alıb. Hər iki futbolçu 1 oyunluq cəzalandırılıb, klubları 100 manat cərimə olunub. Həm İsa, həm də Cəmil üçün 2013/14 mövsümü 2-ci turdan başlayacaq.
Fanat.az