Braziliyalı ulduz futbolçu Neymar Səudiyyə Ərəbistanına transferinə münasibət bildirib.
Fanat.Az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, o, Səudiyyə Ərəbistanı çempionatının artıq Fransa liqası səviyyəsinə çatdığəınə deyib.
“İnsanlar ərəblərin liqasının Liqa 1-dən zəif olduğunu deyirdilər. Halbuki bura ən çox əziyyət çəkdiyim yerdir. Futbol hər yerdə eynidir, çünki top yuvarlaqdır. Ulduzları nəzərə alsaq, bəlkə də bura "Liqa 1"-dən yüksəkdir. Gərgin məşqlər var. Siz bu liqanı görüb izləyəcəksiniz. Mən kuboklar qazanmaq istəyirəm”.
Qeyd edək ki, Neymar hələ "Əl-Hilal"da debüt etməyib. O, Səudiyyə Ərəbistanında dərhal zədələnib.
Mirağa