Fransa millisinin baş məşqçisi Didye Deşam yarımmüdafiəçi Orelyen Tçuameninin AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İrlandiya ilə oyunundakı çıxışından danışıb.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti fransız mütəxəssisin dediklərini belə çatrdırıb:
“Oyun ərzində onun topa neçə dəfə toxunduğunu xatırlamıram. Tçuameni əla mübarizə və hərəkətdə olan topa nəzarət etmək qabiliyyətinə malikdir. Onun önündə papağımı çıxarıram".
Xatırladaq ki, son görüşdə Tçuameni qol vurub. Fransa 2:0 hesablı qələbəni bayram edib və 15 xalla öz qrupunda birinci yerdədir.
Mirağa