"Trabzonspor" heyətini yeni yarımmüdafiəçi ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisi "Arsenal"ın sabiq futbolçusu Nikolya Pepeni heyətinə qatıb.
Pepe 1+1 illik müqaviləyə imza atıb.
Xatırladaq ki, "Arsenal" Nikolyanı 2019-cu ildə "Lill"dən transfer etmişdi. Həmin vaxt qarşı tərəfə 80 milyon avro ödəyən "topçular" bir müddət öncə Pepenin anlaşmasına qarşılıqlı razılıq əsasında xitam verib.
Nihat