“Araz-Naxçıvan” milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edərək yoxlama görüşü keçirəcək.
Fanat.Az xəbər verir ki, debütant sentyabrın 10-da “Qəbələ” ilə qarşılaşacaq.
Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 17:00-da start götürəcək.
Qeyd edək ki, 5 turdan sonra "Qəbələ" 3 xalla sonuncu, "Araz-Naxçıvan" isə 7 xalla 7-ci yerdə qərarlaşıb.