Braziliyanın “Fluminense” klubu futbolçusu Felipe Melo ilə bağlı qərarını açıqlayıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı orta xətt oyunçusu ilə müqavilə yenilənib.
Təcrübəli "sambaçı" müddəti 2024-cü ilin yayına qədər olan anlaşmaya imza atıb.
Melo 2011-2015-ci illər aralığında "Qalatasaray"ın uğurları üçün çalışıb. İstanbul təmsilçisi ilə üç dəfə ölkə çempionu olan dayaq yarımmüdafiəçisi 2022-ci ildən “Fluminense”dədir.