Futbol üzrə Almaniya millisinin yeni kapitanı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bundestimdə sarğının kimə həvalə olunduğunu baş məşqçi Hans-Diter Flik mətbuat konfransında açıqlayıb.
Flik almanları meydana kapitan qismində "Barselona"nın türk əsilli yarımmüdafiəçisi İlkay Gündoğanın çıxaracağını bəyan edib.
"Bayern Münhen"in futbolçusu Yozua Kimmix isə vitse-kapitan təyin olunub.
Xatırladaq ki, Almaniya seçməsinin sabiq kapitanı - qapıçı Manuel Noyer zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalıb. O, Qətərdə keçirilən son mundialın ardından dağda xizək sürərkən ayağını sındırmışdı.
Nihat