2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən "İrəvan" FK heyətini daha bir futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, Birinci Liqa təmsilçisi azad agent olan Cavid Tağıyevlə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Turan-Tovuz yetirməsi olan Cavid Tağıyev daha əvvəl "Qarabağ", "Zirə", "Sabah", "Səbail", "Sumqayıt" klublarının uğurları üçün çalışıb. 31 yaşlı təcrübəli yarımmüdafiəçi son olaraq "Turan-Tovuz" klubun heyətində çıxış etmişdir. Cavid Tağıyev Azərbaycanın milli yığma komandasının heyətində 2 oyun keçirib.