"Trabzonspor" heyətini fransalı hücumçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, trabzonlular Fransanın "Anje" komandasının futbolçusu Batista Mendini heyətinə qatıb.
Məlumatı sözügedən klubun mətbuat xidməti yayıb.
23 yaşlı forvardla 5 illik müqavilə imzalanıb.
Mendi başqa kluba keçərsə, onun satıldığı məbləğin 20 faizi Fransa təmsilçisinə ödəniləcək.
Nahid Məmmədov