11:56 09.09.2023 1416

\"Azərbaycan müsəlman ölkəsidir, amma...\" - \"Neftçi\"nin futbolçusu 

“Bir neçə ildən sonra böyük futbolçuların Azərbaycanda oynamaq istəyəcəklərinə inanıram”.

Fanat.Az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Kenni Sayef “glodniwiedzy.pl” saytına müsahibəsində deyib.

30 yaşlı yarımmüdafiəçi burada braziliyalı futbolçuların çoxluq təşkil etdiyini söyləyib: “Qarabağ” Avropa Liqasının qrupuna vəsiqə qazanıb. Düzdür, liqa o qədər də maraqlı hesab edilmir. Müqaviləmin müddəti başa çatırdı və mənə maraqlı idman layihəsi təklif olunurdu. Ona görə də yoldaşıma dedim ki, gəl cəhd edək. Etiraf edim ki, azərbaycanlılar futbolun təbliği üçün çox səy göstərirlər. Məsələn,  AÇ-2020-nin oyunlarına ev sahibliyi etdilər. Burada özümü yaxşı hiss edirəm. Azərbaycan müsəlman ölkəsidir, amma biz Belçikadakı kimi yaşayırıq. Onlar çox açıqdırlar”.

Belçikada “Anderlext” və “Gent” kimi klublarda çıxış etmiş oyunçu bu ölkənin millisinin AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəyi matça da toxunub. O, qarşılaşmanın “Dalğa Arena”ya salınmasına təəccübləndiyini gizlətməyib: “Qəribədir, bir ildən çoxdur burada oynayıram, amma “Dalğa Arena” haqqında heç vaxt eşitməmişəm. Onlar 6000 yeri doldurmaqla daha yaxşı abu-hava yaratmaq istəyirlər. Beynəlxalq oyunlar insanları stadiona cəlb edir, milli çempionat matçları isə yox. Həmkarlarım stadionun pis vəziyyətdə olduğunu deyirlər. Bu, qonaq komandanı narahat edəcək”.

İki ölkə futbolunu müqayisə edən Sayef fərqin böyük olduğunu vurğulayıb: “Azərbaycanla Belçika arasında müqayisə aparmaq olmaz. Böyük səviyyə fərqi var. Amma deyə bilərəm ki, onlar Belçika ilə oynamaq üçün həyəcanlıdırlar. Əllərindən gələni edəcəklər. 100 nəfərdən soruşsanız ki, kim qalib gələcək, hamısı Belçikanın adını çəkəcək. Amma futbolda hər zaman diqqətli olmaq lazımdır. Çünki Azərbaycan millisində yaxşı futbolçular var. Komandamda çıxış edən kapitan Emin Mahmudovu xüsusi tanıyıram. Yığmanın 8 üzvü legionerdir, biri İsveçrədə, biri Türkiyədə oynayır. Ancaq onları yaxşı tanımıram”.

ABŞ millisinin sabiq üzvü Belçikanın heyətində ən təhlükəli oyunçunun adını da çəkib: “Mən onlara Dokunun qarşısıalınmaz olduğunu dedim (gülür). 16 yaşı olanda “Anderlext”də onunla oynamışam. Həqiqətən də xüsusi idi. Həyatımın 6 ilini Belçikada keçirdim. Ora üçün darıxıram. Mən hələ də “Gent”i sevirəm”.

Sayef yenidən yığmaya çağırılmaq arzusundadır: “Bu, yuxu olardı. Son matçım hələ “Anderlext”də olarkən dolu “Uembli” stadionunda İngiltərəyə qarşı olub. Düşünürəm ki, baş məşqçi Azərbaycandakı çıxışlarımı izləyir. Amma milli hazırda çox güclüdür. Heyətdəki yerimi bərpa etmək asan olmayacaq”.

Qeyd edək ki, bu gün keçiriləcək Azərbaycan – Belçika oyunu saat 17:00-da başlayacaq.
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

30 May 2025
23:20

Raşford bu klubda oynamaq üçün az maaşa razılaşdı - Danışıqlar başladı

22:50

Fernando Torreslə yeni müqavilə bağladılar - RƏSMİ

22:34

DÇ: Azərbaycan millisinin finaldakı rəqibi bəlli oldu

21:58

İtaliya millisinin debütantı İngiltərə yolunda

21:36

Azərbaycan millisini finala aparan qələbə - VİDEO

21:04

Minifutbol: Azərbaycan millisi finalda!

20:40

Niderland millisinin üzvü "Liverpul"da - RƏSMİ

20:19

Millətlər Liqası: Azərbaycan millisi Litvaya uduzdu

19:43

Motosiklet İdman Federasiyasının yeni prezidenti müəyyənləşdi

19:16

"Liverpul" 140 milyonluq ulduzun klubuna yeni təklif göndərdi - MƏBLƏĞ

18:49

"İstəmirəm ki..." - Rafinya arzusunu dilə gətirdi

18:15

İnyesta ÇL-in finalından nə gözləyir?

17:55

İPL klubu 21 yaşlı ukraynalı ilə müqavilə yenilədi - RƏSMİ

17:37

"Türam mənim indiki heyətdə ən sevimli oyunçumdur"

17:19

KL-də mövsümün ən yaxşı futbolçusu bilindi

17:01

AFFA rəsmiləri Rumıniyada Beynəlxalq Tərəfdaşlar Görüşündə iştirak ediblər

16:43

"Real" klublararası dünya çempionatının qalibi olsa, hər futbolçusu bu qədər qazanacaq

16:27

Utziqlə Tiaqo getsələr də... - "Qartallar"ın Avropa macərasına ön söz

16:09

"Sabah"ın U-12 komandası "Rize Cup"da üç oyun keçirib

15:51

Çempion baş məşqçi ilə yeni müqavilə imzalandı

15:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:22

"Milan" Alleqriyə tapşırıldı - RƏSMİ

15:06

Frank De Blekere mövsümü dəyərləndirdi - "Məşqçilərə ucuz vərəqələr verilməsini istəmirəm"

14:49

"Real Madrid" yeni transferini açıqladı

14:33

"Araz-Naxçıvan" 2 yerli oyunçu ilə anlaşdı - RƏSMİ

14:16

Bakıda minifutbol tarixinin rekordu qeydə alındı

13:58

Sabiq klubu Sarrini geri qaytarır - İki illik müqavilə təklif etdi

13:39

Vaqif Cavadov "Kəpəz"ə keçəcək? - Özü açıqladı

13:20

Azərbaycan millisinin Avropa Gümüş Liqasındakı oyun cədvəli bilindi

13:03

Azərbaycan çövkən üzrə ilk Avropa çempionatında iştirak edəcək

12:45

Virts "Mançester Siti"yə keçməkdən niyə imtina edib?

12:27

Azərbaycan Kuboku: Final oyununun təyinatları açıqlandı

12:19

Azərbaycan Kuboku: "Qarabağ" və "Sabah"ın yubiley oyunu

11:59

"Neftçi"nin Müşahidə Şurasından Samir Abasova tam dəstək

11:43

Nunyes La Liqa nəhəngi ilə razılığa gəldi - SON DURUM

11:22

İki sabiq "Liverpul"lu Qvardiolanın köməkçisi olacaq

11:04

"Araz-Naxçıvan"da yeni müqavilə - RƏSMİ

10:45

Bundesliqa klubu yeni baş məşqçisinin adını açıqladı

10:20

"Milan" baş məşqçisiz qaldı - Əsas namizəd bəllidir

10:02

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X