"Yuventus" rəhbərliyi komandanın yarımmüdafiəçisi Adrien Rabyo ilə bağlı qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbə Turin təmsilçisinin 28 yaşlı fransızla yeni müqavilə imzalamağı hədəflədiyini vurğulayıb.
Rabyonun "qoca sinyora" ilə indiki anlaşmasının müddəti gələn yay başa çatacaq.
Cari mövsüm İtaliya A Seriyasında 3 oyuna çıxan Adrien 1 qolla yadda qalıb.
Nihat