13:51 09.09.2023 700

İdman mətbuatı millinin Belçikanı büdrədəcəyinə inanırmı? - SORĞU

Bu gün Azərbaycan yığması AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində "Dalğa Arena"da Belçika seçməsini qəbul edəcək. Qrupun favoritinə qarşı görüşdən öncə idman jurnalistlərindən Canni De Byazinin yetirmələrinin bu rəqibi büdrədəcəyinə inanıb-inanmadıqlarını soruşduq.

Media mənsublarının Fanat.Az-a açıqlamalarını təqdim edirik:

Tural Xudiyev (Space TV): "Bu sual mənə məşhur "Niyə də yox..." şüarını xatırlatdı). Təəssüf ki, istəklərimizlə imkanlarımız həmişə üst-üstə düşmür. Amma, ümid həmişə var. Son illərin bəlkə də ən güclü heyyətinə malik milli bugünkü qarşılaşmada sürprizə də umid verir. Komandadan qrup favoritinə qarşı mübariz ruhlu oyun və uğurlu nəticə gözləyirəm. Qorxub çəkinməyə dəyməz. Hər halda Xəzər üçün sunami təhlükəsi xarakterik deyil. "Dalğa arena" okean sahilində yerləşmir".

Ceyhun Rzayev (ATV): "Məndə olan məlumata görə milli bu gün 3 mərkəz müdafiəçisi ilə oynayacaq. Rahil Məmmədou əsas heyətdə görəcəyik. Müdafiədə belə desəm, dəmir beton hörəcəyik. Belçika aşkar favoritdir. Amma hər şey ola bilər. Onları büdrədib 1 xal da götürə bilərik, iri hesabla məğlub da ola bilərik".

Kənan Məstəliyev (Rekord.az): "Komandanın başında De Byazi kimi bacarıqsız birinin olduğu müddətdə mən bizim millidən heç bir uğur gözləmirəm. Xüsusilə də Belçika kimi rəqiblərə qarşı. Bu cür komandalarla oyunlarda əzmkarlıq, mübarizlik, döyüşkənlik kimi xüsusiyyətlər ön plana çıxır. Oyunçuları tapşırıqla seçən, qarşısına qoyulan siyahı ilə yığma quran adama görə futbolçular niyə mübarizə aparsınlar ki? Bizi ancaq oyunçuların milli ruhu xilas edə bilər. 12 il əvvəl bundan daha güclü Belçikanı Bakıdan cəmi 1 xalla yola sala bilmişdik. İndi də bunu təkrarlamaq olar, amma mən buna inanmıram. Bəli futboldu, meydança da bizimdir, ancaq həmin ruh yüksəkliyini hiss etmirəm. Hər halda, bu yığma bizimdir, sona qədər dəstək olacaq, qələbəsini arzulayacağıq".

Rəşad Ergün (Komanda.az): "Belçika millisinin heyətində ciddi itkilər var. Xüsusən də, mənə görə, dünyanın ən ağıllı yarımmüdafiəçilərindən olan Kevin De Bröyne bu oyunu buraxacaq. Romelu Lukakunun da matça tam hazır olmadığı deyilir. Amma bütün bunlar  rəqibin gücünə kölgə salmır. Həm də, məsələ belçikalıların necə oynayacağından çox, Azərbaycan millisinin meydanda nə göstərəcəyidir. Düzü, bizim komandaya çox da güvənmirəm. Qələbə qazanmaq möcüzə olar. Amma əzmkarlıqla, meydanda rəqibdən daha çox qaçmaqla hec-heçəyə nail olmaq mümkündür. Yəni, az da olsa, heç-heçəyə ümidim var".

İlkin Sultanlı (Futbol+): Hazırda millinin heyətində yetərincə səviyyəli oyunçular cəmləşib. Şahruddini də saysaq, 8 futbolçu karyerasını ölkə xaricində davam etdirir. "Qarabağ", "Neftçi", "Sabah"da kifayət qədər yaxşı mövsüm keçirən oyunçular olduğunu deməliyik. Bütün bunlara rəğmən, millinin böyük problemi var. Bu komandanın çalışdırıcısı Canni de Byazidir. İtaliyalının eqoistliyi və özündənrazılığı ucbatından Azərbaycan futbol tarixində milli səviyyədə ən yaxşı komandası fiaskoya uğrayır. Belə məqamda Belçika ilə oyunda xal qazanacağımızı düşünmək sadəlöhvlük olar.  "Qırmızı şeytanlar" oyunu ciddiyə almayacağına ümid etməliyik".

Nihat 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

Facebookdan bizi izləməyi unutmayın.
X