Türkiyə Super Liqasında daha bir baş məşqçi dəyişikliyi reallaşmaq üzrədir.
Fanat.Az xəbər verir ki, "Başakşehir" "Kayserispor"dan ayrılan baş məşqçi Çağdaş Atan ile razılığa gəldiklərini açıqlayıb.
2022-ci ildən "Kayserispor"un "sükanı arxası"nda olan Atan bir neçə gün öncə istefa vermişdi.
Sözügedən çalışdırıcı "Başakşehir"də postundan uzaqlaşdırılan Emre Belözoğlunu əvəzləyəcək.