London "Arsenal"ının yarımmüdafiəçisi Jorginyo İngiltərə Premyer Liqasını İspaniya La Liqasına dəyişə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb.
Mənbənin məlumatına görə, 31 yaşlı italiyalı yarımmüdafiəçinin xidmətində "Atletiko Madrid" maraqlıdır.
Paytaxt klubu Jorginyonu gələn yay - futbolçunun "topçular"la müqaviləsinin müddəti başa çatdıqdan sonra havayı ələ keçirmək niyyətindədir. Onun transfer qiyməti 25 milyon avrodur.
Təcrübəli yarımmüdafiəçi bu mövsüm İngiltərə çempionatında 3 oyun keçirib, qol vurmayıb.
Mirağa