“Qladiator” ləqəbli 40 yaşlı veteran hücumçu Kleber qalmaqalla üzləşib.
Fanat.Az xəbər verir ki, məlumatı "Portal R7" yayıb.
Xəbərə görə, keçmiş futbolçu San-Paulu şəhərinin kənarında yanacaqdoldurma məntəqəsinin işçilərinə hücum edib. Şahidlər Kleberin işçilərdən birini küçədə itələdiyini, digərinin isə üzünə vurduğunu bildiriblər. Hər iki qurban polis bölməsinə gedərək ona qarşı ifadə verib, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları ora çatana qədər “qladiator” hadisə yerindən qaça bilib.
Zərərçəkənlər Kleberin idarə etdiyi avtomobilin dövlət nömrə nişanını yazıblar. Məlum olub ki, keçmiş futbolçu icarəyə götürdüyü avtomobildən istifadə edirmiş.
Hücum anını əks etdirən video artıq polisdədir və onlar hazırda ifadə almaq üçün Kleberi tapmağa çalışır.
Xatırladaq ki, Kleber 2020-ci ilin sonunda Amerikanın "Ostin Bould" klubunda futbolçu karyerasını başa vurub.
Mirağa