"Qarabağ"ın futbolçusu Leandro Andradenin formasını geyindiyi Kabo Verde millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsində növbəti matçını keçirib.
Fanat.Az xəbər verir ki, Andradenin komandası komanda Toqo ilə üz-üzə gəlib və 2:3 hesabı ilə məğlub olub.
Meydana start "11-lik"də çıxan Leando sonadək mübarizə aparıb.
Qeyd edək ki, 6 tura 10 xal toplayan Kabo Verde B qrupunda ikinci yeri tutub və Afrika Millətlər Kubokuna vəsiqə qazanıb.