"Araz Naxçıvan" transfer çalışmalarına start verib. Fanat.az xəbər verir ki, I divizionun çempionu Ramazan Abbasovu heyətinə qatmaq istəyir.
"Rəvan"da kapitan sarğısınrı daşıyan futbolçu I diviziona düşən komandanı tərk edəcək. Onun xidmətində hazırda yalnız "Araz Naxçıvan" maraqlıdı. Ramazan böyük ehtimalla Muxtar Respublikaya üz tutacaq.
Qeyd edək ki, artıq iki mövsümdü "Rəvan"da çıxış edən Abbasov başa çatan mövsümdə 27 rəsmi oyuna çıxıb və 1 qol vurub.
Fanat.az