"Real Madrid"in hücumçusu Rodriqo kömək üçün psixoloqa müraciət edib.
Fanat.Az xəbər verir ki, bu barədə braziliyalı hücumçu "Madrid Universal"a özü etiraf edib:
“Mən psixoloqa baş çəkirəm, bu, indiki vaxtda çox vacibdir. Çünki ağıl insanı istiqamətləndirir. İnsanlar başa düşəndə ki, biz ayaqlarımızla deyil, ağlımızla oynayırıq, çox şey dəyişəcək.
Bu seanslar mənə kömək edir. Hər kəsə sınamağı tövsiyə edirəm. İlk seansdan həyatınızın necə dəyişəcəyini görəcəksiniz”.
Rodriqo cari İspaniya çempionatında Madrid komandasının heyətində dörd oyun keçirib, bir qol vurub.
Mirağa