"Liverpul"un baş məşqçisi Yürgen Kloppun Almaniya yığmasını çalışdırmaq variantına münasibəti bəllidir.
Fanat.Az xəbər verir ki, bu haqda məlumatı "Sky Sport Germany"nin jurnalisti Florian Plettenberq yayıb:
Xəbərə görə, Klopp 2015-ci ildən işlədiyi "Liverpul"dan ayrılmaq fikrində deyil. "Qırmızılar"la müqaviləsinin müddəti 2026-cı ilə qədər olan alman mütəxəssisin İngiltərə təmsilçisini hədəflərinə çatdırmağı daha üstün saydığı bildirlib.
Xatırladaq ki, Almaniya Futbol İttifaqı sentyabrın 9-da keçirilən yoldaşlıq oyununda Yaponidan alınan 1:4 hesablı məğlubiyyətdən sonra bundestimin çalışdırıcısı Hans-Diter Fliki istefaya göndərib.
Nihat