PSJ-nin və Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimi Mərakeşdəki zəlzələdən zərər çəkənləri dəstəkləyib.
Fanat.Az xəbər verir ki, o, "Twitter"də belə bir paylaşım edib:
"Bu günlərdə çəkdiyim acıları ifadə etmək çətindir. İnsan həyatlarını xilas etməyə yardımçı olanların hər birinə minnətdarlığımı çatdırıram: fövqəladə hallar orqanlarına, orduya, polisə, yanğınsöndürənlərə, həkimlərə və könüllülərə. Siz bu faciənin qəhrəmanlarısınız. Bütün qəlbimlə təşəkkür edirəm. Xəstələrə şəfa, yaxınlarını itirdiyi üçün üzülənlərə güc diləyirəm. Biz onları unutmayacağıq".
Xatırladaq ki, sentyabrın 9-da, Mərakeş şəhərinin 80 kilometrliyində baş verən6,9 bal gücündə zəlzələ 2 mindən çox insanın həyatına son qoyub. Bu, son 120 ildə sözügedən ölkədə qeydə alınan ən dəhşətli zəlzələ olub.
Nihat