Bundesliqa təmsilçisi "Union Berlin"un yeni futbolçusu Leonardo Bonuççi keçmiş klubu "Yuventus"u məhkəməyə verəcək.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.
36 yaşlı müdafiəçi klubun ona məşq şəraiti yaratmadığını və peşəkar imicinə xələl gətirdiyini idda edir. İtaliyalı futbolçu "Yuventus"dan əldə edə biləcəyi istənilən pulu xeyriyyəçiliyə, konkret, Turində xəstəxanaya yerləşdirilən uşaqların ailələrinə yardım etmək üçün bağışlayacaq.
Qeyd edək ki, Leonardo Bonuççi 15 il "Yuventus"da çıxış edib. O, Turin klubunda 502 oyun keçirib və bu göstəriciyə görə "ağ-qaralar"ın tarixində 6-cı futbolçudur. O, "qoca sinyora"nın formasında 37 qol vurub və 10 məhsuldar ötürmə verib.
Mirağa