"Bayern Münhen"in yarımmüdafiəçisi Camal Musiala zədəsini sağaldıb.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı "Kicker" yayıb.
Məlumata görə, 20 yaşlı futbolçu hazırda yaxşı fiziki formadadır və heç bir narahatlıq hiss etmir. Onun sentyabrın 15-də baş tutacaq Bundesliqa matçında "Bayer Leverkuzen"ə qarşı oynaya biləcəyi vurğulanıb.
Xatırladaq ki, Musiala çiynindəki xəsarət üzündən Almaniya yığmasının sentyabrın 9-da Yaponiyaya qarşı keçirdiyi yoxlama görüşündə də (1:4) iştirak etməyib.