İtaliya millisinin sabiq futbolçusu Fabio Kannavaro ölkəsində futbolun problemlərindən danışıb.
Fanat.Az xəbər verir ki, “Il Messaggero” "Qızıl top"un qalibinin dediklərini belə çatdırıb:
“Berlindən sonra (İtaliyanın qalib olduğu 2006-cı il Dünya Kubokunun finalı – red.) nəsə pozuldu, yolunda getməməyə başladı. Biz iki dəfə dünya çempionatından kənarlaşdırıldıq, iki dəfə isə ümumiyyətlə, ora düşə bilmədik. Düşünürəm ki, problemlər həm idarəçiliklə, həm də texniki planla bağlıdır. Biz bütövlükdə İtaliya futbolunu gücləndirməliyik, əks halda nəinki Premyer Liqadan, hətta Səudiyyə Ərəbistanından da geri qalacağıq”.
Qeyd edək ki, 2022-2023 mövsümündə İtaliya B Seriyası klubu "Benevento"nu çalışdıran Kannavaro bu ilin fevralından işsizdir.
Mirağa