Birinci Liqa təmsilçisi "İmişli" daha bir oyunçu transfer edib.
Fanat.Az sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Mərkəzi Aran təmsilçisi MOİK-in yarımmüdafiəçisi Muxtar Nəzərlini heyətinə qatıb.
Orta xətt oyunçusunun müqaviləsinin şərtləri ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, Nəzərli ötən mövsüm "MOİK" də 1 rəsmi oyuna çıxıb