"Bayern Münhen"in və Fransa millisinin yarımmüdafiəçisi Kinqsli Koman keçmiş komanda yoldaşı Benjamin Pavarı "İnter"ə keçməsinə mane olmağa çalışıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport Bild" yayıb.
Mənbənin məlumatına görə, Koman həmyerlisinə deyib ki, Milan klubuna keçmək böyük şans deyil və o, daha bir mövsüm “Bayern”də qalmalı, ardından tələsmədən gələcəyi ilə bağlı düşünməlidir. Mənbə Kinqslinin Benjaminə Münhen təmsilçisinin "İnter"dən daha yüksək statuslu Avropa klubu olduğunu söyləyərək onu fikrindən daşındırmağa cəhd etdiyini, lakin Pavarı komandada saxlamaq planının baş tutmadığını vurğulayıb.
Xatırladaq ki, 27 yaşlı Pavar bu yay "Bayern"dən Milan klubuna transfer olunub.
Nihat