Belçika millisinin baş məşqçisi Domeniko Tedesko AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan (1:0) və Estoniya yığmalarına qarşı (5:0) keçirdikləri oyunları müqayisə edib.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis belə danışıb:
“İki matç arasında fərq ondan ibarətdir ki, Estoniya ilə görüşdə bütün komponentlərdə daha güclü göründük, erkən qol vurduq. Driblinqdə, ötürmələrdə daha yaxşı idik, boşluqları vaxtında tapırdıq. Çox sayda qol vəziyyətləri yaratdıq və bunlardan yararlandıq. Azərbaycandakı görüşdə də pis oynamadıq. Amma Azərbaycanla oyunda Estoniya ilə matçdakı qədər güclü deyildik”.
Qeyd edək ki, 13 xalı olan Belçika hazırda F qrupunun lideridir.