"Real"ın keçmiş vingeri Qaret Beyl yarımmüdafiəçi Cud Bellingemin "Kral klubu"nun forması ilə çıxışını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, uelsli belə danışıb:
“O, "Real Madrid"də əla başladı. Cud qol vurur və bu, çox vacibdir. Xüsusən də "Real" kimi bir klubda. Madriddə yaxşı başlanğıc çox önəmlidir. Cud çox işləməyə və indiki kimi oynamağa davam edərsə, onun imkanları sonsuzdur".
Bellingem "Real"a 2023-cü ilin iyulunda, 103 milyon avro qarşılığında Dortmund "Borussiyası"ndan transfer olunub. Onun klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalı 20 yaşlı futbolçunun transfer qiymətini 120 milyon avro ilə dəyərləndirir.
Qeyd edək ki, Cud bu mövsüm La Liqada çıxdığı dörd oyunda beş qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat