Misli Premyer Liqasının 6-ci turunda"Səbail" "Kəpəz"in qonağı olacaq. Ötən turda doğma meydanda debütant "Araz Naxçıvan" a 2:1 hesabı ilə məğlub olan "sarı göylər"in hücumameyilli yarımmüdafiəçisi Elnur Cəfərovla əlaqə saxlayıb "dənizçilər"lə görüş barədə nə düşündüyünü soruşduq.
Cəfərovun Fanat.Az-a açıqlaması belə oldu:
"Millilərin oyunları ilə yaranan fasilədən istifadə etdik. Hətta yoldaşlıq oyunu da keçirdik. Bütün komandanın məqsədi 3 xal qazanmaqdır. "Səbail"lə oyunda qələbəyə köklənmişik. Ötən oyun azarkeşlərimizi sevindirə bilmədik. Məhz buna görə daha məsuliyyətliyik. Bu dəfə azarkeşləri sevindirmək istəyirik. Maksimum şəkildə qələbəyə köklənmişik. Allahın izini ilə də bu istəyimiz həyata keçər. Həftəiçi həm fizki, həm də taktiki çatışmazlıqlar üzərində işləmişik. Allah qoysa, məşqlərin faydasını oyunda görərik".
Nahid Məmmədov