PSJ-nin hücumçusu Kilian Mbappe və onun sabiq komanda yoldaşı Neymarın münasibətləri pozulub.
Fanat.Az xəbər verir ki, ulduz futbolçular sosial şəbəkələrdə bir-birini izləməyi dayandırıb.
Xatırladaq ki, Neymar PSJ-dən ayrılmağa yaxın olduğu dönəmdə Mbappeyə qarşı yazılmış bir neçə postu bəyənmişdi.
31 yaşlı braziliyalı bu yay Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçib. O, hələ yeni komandasında debüt etməyib.
Nihat